Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dqnən Nəsimi Rayon Məhkəməsində Azərbaycan İslam Partiyası sədrinin müavini Vaqif Abdullayevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi vəsatətinə baxılıb. Məhkəmə prosesi saat 10:30 radələrində başlayıb. Vaqif Abdullayevin vəkili Nemət Heydərov Faktxeber.com-a bildirdi ki, mənim qaldırdığım vəsatət təmin olunmadı. Hakim İkram İsrafilov Vaqif Abdullayev barəsində 3 aylıq həbs qətimkan tədbirinin seçilməsi qərarını qüvvədə saxladı. Vəkil həmçinin bildirdi ki, məhkəmənin verdiyi bu qərardan sonra apellyasiya şikayəti verəcəyəm.
Bundan əlavə Azərbaycan İslam Partiiyasının Astara rayon komitəsinin sədri Rufulla Axunzadənin də məhkəmə prosesi keçirilib. Bu gün keçirilən məhkəmə prosesində Nəsimi Rayon Məhkəməsi Rufulla Axundzadənin həbsinin ev dustaqlığı ilə əvəzlənməsi vəsatətini qəbul etməyib. İşə hakim Şəlalə Həsənova baxıb. Rufulla Axundzadənin vəkili Sadiq Bağırov FaktXeber.com-a bildirib ki, Rufulla Axundzadənin səhətində problemləri var. Rufulla Axundzadə həbs olunmamışdan əvvəl prostat vəzində və qara ciyərindəki xəstəliklə bağlı müalicə alırdı. Həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətimizdə onun xəstəliyini əsas göstərmişdik. Ancaq buna baxmayaraq məhkəmə bizim vəsatətimizi rədd edib. Vəkil Sadiq Bağırov məhəkəm qərarından apellyasiya şikayəti verəcəyini söyləyib.
Vaqif Abdullayev Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunur. Rufulla Axundzadəyə də eyni cinayət maddələri ilə ittiham irəli sürülüb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır