ABŞ Maliyyə Nazirliyi fevralın 1-də bəyanat yayaraq İranın Kosmik Sənaye Təşkilatı ilə əməkdaşlıq edən ticarət şirkətlərinə və 3-ü İran vətəndaşı olan 5 nəfərə sanksiya qoyduğunu bildirib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: ABŞ Maliyyə Nazirliyi fevralın 1-də bəyanat yayaraq İranın Kosmik Sənaye Təşkilatı ilə əməkdaşlıq edən ticarət şirkətlərinə və 3-ü İran vətəndaşı olan 5 nəfərə sanksiya qoyduğunu bildirib.

Sanksiyaya məruz qalanlar İran Islam Respublikasının raket proqramını avadanlıqlarla təmin edən şəbəkənin idarəçiləri - İran Islam Respublikası vətəndaşları Məhəmməd Cavad Cəfəri, Milad Cəfəri, Mani Cəfəri və adları açıqlanmayan 2 Türkiyə vətəndaşıdır. Sanksiya həmçinin İranın Kosmik Sənaye Təşkilatına raket proqramı ilə bağlı xidmətlər göstərən və mərkəzi ofisləri İstanbulda olan 3 şirkəti də əhatə edir.

Bu şəxslərin və şirkətlərin İranın Kosmik Sənaye Təşkilatına 7 milyon dollar dəyərində texniki avadanlıq satdığı vurğulanır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır