1 fevral 2011 - 20:30

Yəmən Diktatoru növbəti seçkilərdə iştirakdan imtina etdiyini açıqlayıb. O, bildirib ki, hakimiyyəti oğluna ötürmək niyyəti də yoxdur.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:Qərb dünyasının Yəməndəki  əlaltısı  Diktator Əli Abdulla Saleh Tunis və Misir hadisələrindən hürküyərək növbəti prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini açıqlayıb. Diktator bildirib ki, hakimiyyəti oğluna ötürmək niyyəti də yoxdur.

Xatırladaq ki, bir müddətdir Yəməndə Diktator rejiminin dağıdılması tələbləri ilə kütləvi aksiyalar keçirilir. Aksiyalar Tunisdə prezident Zeynəl Abidin ben Alinin hakimiyyətdən devrilməsindən sonra başlayıb. Abdulla Saleh 1978-ci ildən hakimiyyətdədir. 1987-ci ildə Yəmən Ərəb Respublikasına rəhbərlik edən Abdulla Saleh Yəmən birləşdikdən sonra Prezident Şurasının sədri seçilib. 1999-cu ildə prezident seçkilərində qalib gələn Abdulla Saleh 2006-cı ildə ikinci dəfə bu posta seçilib. Onun prezident səlahiyyətlərinin müddəti 2013-cü ildə başa çatır. Yəmən ən kasıb ərəb dövlətlərindən biridir. Ölkədə işsizlik səviyyəsi 35 faizdir, əhalinin yarıdan çoxunun gündəlik gəliri 2 dollardan azdır.      

Qeyd edək ki,yəmənlilər həftənin cümə axşamı gününü hakimiyyətə "qəzəb günü" elan ediblər. Müxalifət partiyaları ölkədə islahatların aparılması və baş verən qanunsuzluqların qarşısını almaq üçün bütün yəmənliləri Diktator Əli Abdullah Saleh hakimiyyəti ilə mübarizəyə səsləyib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır