Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan paytaxtında kişi həyat yoldaşını və iki qohumunu balta ilə qətlə yetirib. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) bildirilib. Hadisə yanvarın 30-da saat 02.00 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivində qeydə alınıb.
Həmin ünvandakı mənzillərdən birində 58 yaşlı Lətifə Mehdiyeva, onun yaxın qohumları, 21 yaşlı Aysel Sultanova və Ayselin qardaşı, 15 yaşlı Elçin Sultanovun meyitləri tapılıb.
Hadisə barədə polisə məlumat daxil olan kimi əraziyə əməliyyat qrupu gəlib. Meyitlərə baxış keçirilərkən məlum olub ki, onlar balta ilə qətlə yetiriliblər.
BŞBPİ-nin Cinayət Axtarış İdarəsi, Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 33-cü Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü açılıb. Hadisənin L. Mehdiyevanın həyat yoldaşı, 56 yaşlı Yusif Mehdiyev tərəfindən törədildiyi müəyyənləşib.
Y. Mehdiyev bu gün səhər saatlarında Salyan rayonu ərazisində tutularaq istintaqa təhvil verilib. Qətlin motivi hələlik məlum deyil.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.
Xatırladaq ki, son 10 illikdə Azərbaycanda şuurlu sürətdə mövcüd iqtidar tərəfindən həyata keçirilən antiislam konpaniyası, ölkədə mənəvi boşluqlar və ruhi sarsıntılar əmələ gətirməklə yanaşı nəticədə təsəvvür edilməz dəhşətli hadisələrin səngimək bilməməsinə səbəb olmuşdur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır