29 yanvar 2011 - 20:30

Zaqatalada xalqın milli və mənəvi dəyərlərini yüksəldən dini ədəbiyyat satışı ilə məşğul olan Tərtər rayon sakini saxlanılıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  Zaqatala Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib: Azərbaycanın Zaqatala rayonunda qanunsuz dini ədəbiyyat satışı ilə məşğul olan Tərtər rayon sakini saxlanılıb.

Məlumatda bildirilir ki, 28 yanvar 2011-ci tarixdə saat 13.00 radələrində Tərtər şəhər sakini 1986-cı il təvəllüdlü Babayev Sirac Muxtar oğlu Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisində səyyar şəkildə özünə məxsus “VAZ-21074” markalı 90 ED 517 dövlət nömrə nişanlı avtomaşınla xalqın maarifini yüksəldən və milliliyini özünə qaytaran dini ədəbiyyatlar satarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(İXM) 300-cü maddəsinin tələbinə zidd olamaq, yəni müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan qeyri qanunu dini ədəbiyyatlar satamaq bəhanəsi ilə Zaqatala RPŞ-nin məmurları tərəfindən saxlanılıb.

Sırac Babayevə məxsus avtomaşına baxış keçirən əməliyyatçılar oradan xeyli miqdarda müxtəlif adlarda xalqın milli və mənəvi dəyərlərini yüksəldən dini ədəbiyyatlar, disklər dini əşyalar aşkar edərək götürüblər.

Faktla bağlı Zaqatala RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır