Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan Respublikası mediaları son günlər diqqətləri hicabofobiya dalğasına etirazlardan yayındırmaq məqsədilə yalan yerə İranı Ermənistanın himayədarı adlandırıb geniş təbliğat apardılar.
Lakin Səhər beynəlxalq televiziya kanalı tərəfindən Azərbaycan Respublikası və Ermənistan prezidentlərinin əylənməsi göstərilən süjetin ifşa olunmasına heç bir münasibət bildirmədilər.
Bu məlumata görə, ATV, ANS və İctimai televiziya kanalları İranın guya Ermənistanı dəstəkləməsini iddia etməklə böyük təqlid mərcələri və iranlı alimlərin hicab qadağası ilə bağlı mövqelərinə kölgə salmaq və necə deyərlər, Səhər kanalını vurmaq istədilər.
Həmin telekanallar İranla Ermənistan arasındakı adi əlaqələri şişirdərək sanki bir kəşfə nail olduqlarını göstərməyə çalışdılar.
Səhər kanalı çərşənbə günü saat 21 xəbər proqramında azəri əsgərlərin təmas xəttində şəhid olduqları zaman İlham Əliyevin Serj Sarkisyanla şahmat oynaması və xizək sürməsini göstərmişdir. Bu kadrların yayılması Azərbaycan Respublikası xalqını şok vəziyyətə salsa da, İran və Ermənistan prezidentlərinin adi görünüşü az qala cinayət kimi qələmə verən məlum telekanallar nədənsə susublar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır