27 yanvar 2011 - 20:30

Ramil Usubov isə tarixin köhnəlimiş və artıq öz istifadə etmə müddətini hələ illərlə bundan öncə əldən vermiş “zor tətbiq etmə” üsulindan istifadə etməkdə israrlıdır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yanvarın 28-də Rusiya Dövlət Duması “Polis haqqında” qanuna dəyişikliklər edib.

Qanunun yeni variantına görə, polisin hətta icazəsiz dinc nümayişlərin iştirakçılarına qarşı xüsusi vasitələrdən, o cümlədən dəyənəklərdən istifadə ixtiyarı yoxdur. Polis yalnız kütləvi iğtişaşların və ya nəqliyyatın hərəkətinə, rabitənin işinə, təşkilatların fəaliyyətinə mane olan digər qanunsuz hərəkətlərin qarşısını almaq üçün xüsusi vasitələrdən istifadə edə bilər.

Qanunda başqa bir yenilik də var: Polis əməkdaşı vətəndaşın hüquq və azadlığını məhdudlaşdıran tədbirlərdən istifadə etdikdə ona bu növ ölçü götürülməsinin səbəbini izah etməli, bunu əsaslandırmalıdır.

Qeyd edək ki, Rusiya belə demokratik qanunu Dövlət Dumasında qəbul etdiyi halda Azərbaycan Milli Məclisi və Ramil Usubov isə tarixin köhnəlimiş və artıq öz istifadə etmə müddətini hələ illərlə bundan öncə əldən vermiş “zor tətbiq etmə” üsulindan istifadə etməkdə israrlıdır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır