Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanda son vaxtlar genişlənməkdə olan islamziddli siyasətlər ölkə daxilində olduğu kimi ölkədən xaricdə də mənfi qarşılanıb. Beləki Rusiya, Almaniya, Türkiyə və digər ölkələr bu antiislam siyasəti pisləyərək Azərbaycanda hicaba qoyulmuş qadağaya və günahsız insanların tutulmasına son qoymasını mövcüd iqtidardan tələb edirlər. Lakin Azərbaycan dövləti bütün bu nəsihət və xalq istəylərinə baxmayaraq yenədə SİONİST-lərin sifarişini canla və başla həyata keçirtməkə səylər edir. İqtidqar tərəfindən müxtəlif ünvanlı dırnaq arası MÜXALİFƏTYÖNLÜ partiyaların yaradılıb və vaxtı gəldikdə ədalət və haqdan deyil məhz İQTİDAR SARAYI-nın mənafelərindən tərəfkeşlik edərək bu mənfur yolda hər hansı bir zəhmətlərini əsirgəmirlər. Buna nümunə olaraq qondarma AİDP-nin mövqeyini misal vururuq.
Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri (hacı) Tahir Abbaslı deyib: “İran din vasitəsi ilə Azərbaycanı əmniyyətsiz ölkə kimi göstərmək istəyir”.
AİDP mətbuat xidmətinin yaydığı açıqlamada T. Abbaslı İranın Səhər telekanalı vasitəsi ilə Azərbaycanın daxili işlərinə qarışdığını önə çəkib: “Ayətullah Nasir Məkarimi Şirazidən tutmuş, Ərdəbilin imam cüməsinə qədər əksər dindarlar fətva və xütbə adı ilə Azərbaycanın dindarlarını zahirdə dəstəklədiklərini nümayiş etdirirlər. Bu simalar əslində İranın siyasi hakimiyyətinin tribunalarıdır. Hədəfləri isə heç də İslam təəssübkeşliyi deyil. Onların fətvalarına heç İranın özündə də əməl etmirlər. Belə ki, Məkarim Şirazi son dövrlərdə İranda siqaret çəkilməməsinə aid fətva vermişdi, amma nəticəsi olmadı. Əksinə siqaret çəkənlərin sayı artıb. Yəni artıq siyasi ayətullahların İranda sözləri keçmədiyindən onlar öz şanslarını qonşu ölkələrdə sınamaq istəyirlər. Təəssüflər olsun ki, İran ayətullahlarının axurunda böyüyən bəzi azərbaycanlı dindarlar da öz saytlarında, çıxışlarında İran yandıran ocağa odun qoyurlar. İş o yerə çatıb ki, bu odunçular öz əməlləri ilə fəxr edirlər. Bir halda ki, İranın Qum şəhərində fəaliyyət göstərən ayətullahlar hökumət ayətullahlarının yanlış siyasətlərinə sərt etiraz edirlər, ölkəmizin dindarlarının onların din adı ilə ortaya atdıqları siyasi oyunlarına uymaları səhvdir. Belələri dini biznes vasitəsinə çevirən İranın siyasətini bu ölkədən qrant alaraq Azərbaycanda tətbiq etmək fikrindədirlər”.
Azərbaycan İslam Partiyasının (AİP) səhv yol seçdiyini deyən T. Abbaslı hesab edir ki, AİP özünə aid müstəqil düşüncə yarada bilməyib: “Bu partiyanın rəhbərləri İran Xarici İşlər Nazirliyinin siyasətinə elə uydular ki, kim olduqlarını belə unutdular”.
İranda xarici sanksiyalar və diktatura üzündən vəziyyətin gərgin olduğunu deyən AİDP sədrinin fikrincə, İran hakimiyyəti müxtəlif vasitələrlə bu çətinlikdən çıxmağa çalışır.
Qeyd edək ki, Azərbaycanlı inanclıların İran İslam Respublikasının yandırdığı ocağa odun tökmələri sırf bir xülyadır amma AZƏRBAYCAN İQTİDQRININ insan haqlqrını ələni şəkildə, kobudcasına pozması və Allah Təlanın Qurani Kərimdə aşkarcasına ifadə etdiyi HİCAB əmrinə qadağa qoyması isə Sionizimin dünyada yandırdığı ocağa aşkarcasına neft tökməsidir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır