26 yanvar 2011 - 20:30

Müxalifətin dünən başladığı mitinqlər üçüncü gününə daxil olub

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İğtişaşlarda dörd nəfər həyatını itirib. Dünənki hadisələrdə, yüzlərlə insan yaralanıb və həbs edilib. Misirdə 30 ildir iqtidarda olan diktator Hüsnü Mübarək rəhbərliyinə qarşı başlayan nümayişlər fasiləsiz olaraq davam edir. Ölkədə nümayişlərin mərkəzi paytaxt Qahirədir.

Məhkəmə qarşısında toplanan 2 min qədər nümayişçiyə polis müdaxilə edib. Əl Ahram qəzeti qarşısında toplanan yüzlərlə nümayişçi də, Mübarək əleyhinə şüarlar səsləndiriblər. Şəhərin mərkəzindəki Təhrir meydanına çıxan bütün yollar bağlanılıb.Əl Ahram qəzeti qarşısındakı nümayişçilərə polis, gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilərin polisə daş və çubuqlarla cavab verməsi nəticəsində baş verən qarşıdurmada 39 nəfər yaralanıb. Səhərə qədər davam edən nümayişlərdə bir polis ilə bir nümayişçi həyatını itirib.

Süveyş şəhərində baş verən hadisələrdə 350 nəfəri yaralanıb. Yaralananlardan 100-ü xəstəxanaya aparılıb. Digər tərəfdən isə polisin nümayişçilərə pis rəftar etdiyini bildirən etirazçılar, bununla əlaqədar video görüntülərini internetdəki paylaşma saytı "Youtube" kimi kanallar üzərində dünyaya yaymağa çalışırlar.

Qeyd edək ki, Nyu-York universitetinin doktorluq dərəcəsini almış, 2005-ci ilin Nobel mükafaçısı Əl-Bəradeyi artıq Misirdə geriyə yolun olmadığını bildirib. "Geriyə dönüşü olmayan bir yola girmişik. Bu hərəkat getdikcə böyüyəcək.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır