Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Argentinada Kristina Fernandez rəhbərliyi müsəlman qadınlara ictimai yerlərdə hicab geyinməlrinə icazə verən qanunu təsdiqləyib. Müsəlman qadınlar şəxsiyyət vəsiqələri üçün hicablı fotoşəkildən də istifadə edə biləcəklər.
Yeni qanun, Latın Amerika ölkəsində din və ifadə azadlığını təşviq etmək və Argentina cəmiyyətinin müsəlman cəmiyyətinə inteqrasiyasına dəstək məqsədiylə hazırlanıb. Argentinada müsəlmanlar bu qərardan çox seviniblər. Argentina əhalisinin cəmi 2 faizini təşkil edən müsəlmanlar, əksəriyyəti katolik xristian olan ölkədə sülh içində yaşayırlar.
Hökumət yeni qanunun lazımlı şəkildə tətbiq olunması üçün hər cür imkanın təmin ediləcəyinə söz verib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır