25 yanvar 2011 - 20:30

Azərbaycanın ali təhsil müəssisələrində 50 ölkənin 4 723 vətəndaşı təhsil alır

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Hazırda Azərbaycanın ali təhsil müəssisələrində ölkə vətəndaşları ilə birgə 50 xarici ölkənin 4 723 vətəndaşı təhsil alır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Çin, Türkmənistan, Gürcüstan və İraq vətəndaşları üstünlük təşkil edir.

Bununla yanaşı, 2010/2011-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 2 055 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 63%-i Bakı, 37%-i isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə və Rusiyada təhsil alır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır