Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov və partiyanın bir neçə üzvü artıq bir neçə gündür ki, hüquq mühafizə orqanları tərəfindən saxlanılır. Rəsmi orqanların verdiyi məlumatlara görə Mövsüm Səmədov barəsində guya iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək maddələri ilə cinayət işi qaldırılıb.
Qeyd etmək lazımdır ki, məsələ bir o qədər də deyildiyi kimi görsənimir. Çünki, Mövsüm Səmədov gündəmdə olan “Təhsildə Hicab Problemi”- nə etiraz olaraq dəfələrlə bəyanatlar vermiş, bununla yanaşı sonuncu Azərbaycan Respublikası Konstitusiyasının söz və vicdan azadlığı qanunlarına uyğun olaraq dövlətin və dövlət başçısının apardığı bu səbkili siyasətinə öz şəxsi fikirlərini bildirmişdir.
Təəccüblüsü budur ki, bəyanatdan dərhal sonra Mövsüm Səmədov həbs olunur.
Məsələ ilə bağlı Azərbaycan mətbuatı ilə yanaşı üzdəniraq qonşularımız da məsələnin reallığından xəbərdar olduqlarını özlərinə aid olan informasiya agentliklərində yayımlayıblar. “Armeniatoday” saytı bu gün maraqlı bir başlıq altında hadisə barədə müxtəsər məlumat verib. Sayt “Марионеточные мусульмане Ильхама Алиева выступили против Мовсума Самедова”(İlaham Əliyevin kukla müsəlmanları Mövsüm Səmədova qarşı çıxdılar) başlıqlı məqaləsində dindarların həbsi ilə əlaqədar QMİ sədrinin bəyanatını xüsusi ilə vurğulayır. Sayt bu yazı ilə Azərbaycanda söz azadlığının olmamasını dünya ictimaiyyətinə sübut etməyə çalışıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır