Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Rusiya Federasiyasında fəaliyyət Göstərən Şiələrin İslam İlahiyyat Mərkəzi rəsmi bir bəyənatda Azərbaycan Respublikasında İslam dininə qarşı baş verən hadisələri kəskin şəkildə pisləyib.
Rusiya Federasiyasında fəaliyyət Göstərən Şiələrin İslam İlahiyyat Mərkəzinin sədri hüccətül-islam vəl-müslimin Hacı Famil Cəfərovun yaydığı bəyanatda vurğulanır : "Son hadisələr aydın şəkildə çox acı həqiqətləri üzə çıxartdı. SSRİ dağılandan sonra onun tör- töküntüləri əsasında boya-başa çatanlar bir daha nə qədər ləyaqətsiz olduğunu açıq-aşkar Göstərdi. Bunlar əvvəl-axır öz iç üzünü açmalıydı." "Haqq əzilər üzülməz" atalar sözünü xatırlayan
İslam İlahiyyat Mərkəzi bəyanatında əlavə edib : " Bu 20 il ərzində məlum olanı bu olub ki, əsl həqiqətdə Azərbaycanda hakimiyyət sürənlər onun potensial qüvvəsi olan xalqına qənim kəsilib onun milli-mənəvi dəyərlərini məhv etməyə xidmət Göstərirlər. Bunlar oyuncaq dövlətlərə xarakter olan xüsusiyyətlərə əsasən Gah milli zəmində ayrı-seçkilik siyasəti apararaq milli düşmən ovuna çıxır və hər-hansı xalqın nümayəndələrini ciddi təzyiq və işgəncəyə məruz qoyurlar. Buna bariz misal olaraq ömrünü Azərbaycan dilçilik elminin inkişafına sərf etmiş mərhum Novruzəli Məmmədovun heç bir əsas olmadan MTN zindanında şəhid olmasını misal göstərmək olar. Gah da xalqın əsrlər boyu etiqad bəslədiyi müqəddəs inanclarını tapdalamağa səy göstərirlər. Şiələrin İslam İlahiyyat mərkəzi müsəlman Azərbaycan xalqının mənafeyinə uyğun olaraq özünə vəzifə bilərək Azərbaycanda aparılan islamofobiya siyasətini qəti şəkildə pisləyir və heç bir əsas olmadan xalqın sevimlisinə çevrilən və həyatlarını yalnız və yalnız Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin dirçəlişinə sərf edən Hacı Mövsüm Səmədovun, Hacı Zülfüqar Mikayılzadənin və başqa şəxslərin həbsini çox səhv addım sayıb bunu Azərbaycan xalqına qarşı yönələn xəyanət sayır və tezliklə onların azadlığa buraxılmasını və onlardan üzr istənilməsini tələb edir."
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır