Əhli-Beyt xəbər agentlikinin verdiyi xəbərə əsasən: İslam-Azeri.az İnternet qəzetinin Türkiyə müxbiri məlumat verib: Azərbaycandakı hicab qadağası və dindarların kütləvi həbsilə bağlı İstanbulda etiraz aksiyası təşkil ediləcək.
Türkiyədə müxtəlif dini və ictimai təşkilatlar tərəfindən "Azərbaycandakı müsəlman məhbuslara dəstək" komitəsi yaradılıb.
Bu komitə bir neçə iclas keçirəcək və yanvarın 16-da İstanbulda "Levent" metrosundan Azərbaycan konsulluğuna qədər yürüş təşkil ediləcəkdir.
Konsulluq binası önündə etiraz aksiyasının iştirakçılarının qətnaməsi oxunacaq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinsd lazımdır