5 yanvar 2011 - 20:30

Ermənilər Azərbaycan əsgərini yaralayıblar

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 6-da saat 08.15 radələrində Ermənistan silahlı bölmələrinin Ağdam rayonunun Mərzili kəndi ərazisindən açdığı atəş nəticəsində əsgər, 1991-ci il təvəllüdlü Hüseynov Ülvi İftixar oğlu döş nahiyəsindən və sağ qolundan yaralanıb. Əsgərin vəziyyəti ağırdır.

Düşmən cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, Ü. Hüseynov 2010-cu ilin yanvar ayında Qaradağ Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Diqqət:Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır