Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman jurnalistlərə açıqlamasında bildirib: “Mahmud Abbas Azərbaycana gəlməyi çox istəyir, bu səfəri gözləyir ”.
Onun sözlərinə görə, səfərin dəqiq vaxtı müəyyənləşməyib, hazırda diplomatik kanallarla səfərin vaxtı ilə bağlı iş aparılır. Səfir qeyd edib ki, səfər çərçivəsində bütün sahələri əhatə edən ikitərəfli əlaqələr barədə müzakirələr aparılacaq. Fələstindəki vəziyyət və Qarabağ problemi də müzakirə ediləcək məsələlər arasında olacaq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır