27 dekabr 2010 - 20:30

Türkiyə Müdafiə Sənayesi Katibliyindən məlumat verilib.Azərbaycan və Türkiyə birlikdə döyüş sursatlarının istehsalını həyata keçirəcək.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Türkiyə Müdafiə Sənayesi Katibliyi bildirib ki, Azərbaycan və Türkiyə birlikdə döyüş sursatlarının istehsalını həyata keçirəcək.

Artıq bununla bağlı bir neçə Türkiyə şirkəti və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin analoji zavodu arasında müvafiq müqavilələr imzalanıb, Azərbaycana texniki yardımlar göstərilib. Müqavilələr çərçivəsində müasir texnologiyaların tətbiqi ilə atıcı silahlar, aviasiya və artilleriya silahları üçün müxtəlif döyüş sursatlarının, reaktiv atəş sistemləri üçün raketlərin istehsalı həyata keçiriləcək.

Gələn ildən başlayaraq Azərbaycan müəssisələrində istehsal olunacaq iri çaplı döyüş sursatlarının həm Azərbaycan və Türkiyə silahlı qüvvələrinin təchizatı, həm də xarici bazarlara çıxarılması nəzərdə tutulur.

Katiblikdən o da bildirilib ki, 2010-cu ildə müştərək istehsala dair Türkiyə və Azərbaycan arasında 5 müqavilə imzalanıb. Bu müqavilələrdən ikisi sırf döyüş sursatlarının istehsalına aiddir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır