26 dekabr 2010 - 20:30

Sepahın (Islam Inqilabının Keşikçilərinin) Dəniz Donanması əvəzedicisi, dəniz donanmasının Qətərdəki missiyasını uğurlu dəyərləndirib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: General Əlirza Təngsiri bazar ertəsi Tehranın Azəri Radiosuna verdiyi eksklüziv müsahibəsində pasdarlar korpusunun raketli hərbi gəmilərinin Qətərdən ölkəyə dönməsi proqramı haqda deyib: Korpusun bu missiyası çox uğurlu alındı və bu səfərdə əsas məqsəd İran və Qətərin dostluq münasibətlərini sürətləndirmək, Fars Körfəzi ətrafında yerləşən ölkələrlə münasibətləri genişləndirmək və qonşu ölkələrin əməkdaşlığı ilə regionda sabitliyi bərqərar etmək olmuşdur.

General müsahibəsinin davamında Sepahın Dəniz Donanmasının səfəri və raketli gəmilərin son missiyasının Peyğəmbər Əzəm (s) hərbi təlimlərində Qətərin baş hərbi nümayəndələri və komandirlərindən bir neçə nəfərinin iştirakına cavab olduğunaişarə edərək bildirib: Qətərin bu iştirakına cavab olaraq Sepah 3 ədəd raketli gəmi və 2 ədəd locestik gəmini bir təlim qrupu heyətində Qətərə ezam etmişdi.

Sepahın Dəniz Donanmasının əvəzedicisi müsahibəsinin digər hissəsində regiondakı əcnəbi qüvvələrin iştirakının məqsədlərini də açıqlayıb.

Generalın sözlərinə görə, İran daim regionda xüsusilə də həssas Fars Körfəzi məntəqəsində sabitlik və stabilliyin bərqərar edilməsini qarşıya məqsəd qoyub. Ancaq buna baxmayaraq, düşmənlər iranofobiya siyasətini yürüdürlər.

Sepahın yüksək vəzifəli bu nümayəndəsi müsahibəsinin sonunda vurğulayıb: Düşmənlər regionda qanunsuz iştiraklarını əsaslandırmaq və qanuni don geydirməyə cəhd göstərirlər. Lakin beynəlxalq konvensiyalara uyğun olaraq həssas tarixi Fars Körfəzi məntəqəsində yüzə yaxın xarici gəminin iştirakı nahaq və mənasızdır.

İslam İnqilabı Pasdarlar Korpusunun hərbi gəmilər heyəti şənbə günün Qətərdən İranın cənubunda yerləşən Bəndər Abbas limanına dönüb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır