13 dekabr 2010 - 20:30

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanın Xaçmaz rayonunda orta məktəb binasında yanğın olub.Hadisə bu gün səhər saat 7.00 radələrində Mürşüd oba kəndindəki orta məktəbdə qeydə alınıb.

Kənd sakinləri sinif otaqlarının birindən alov çıxdığını görüblər. Bu barədə Xaçmaz Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib. Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub və yanğının qarşısı alınıb. İlkin məlumata görə, ümumi sahəsi 767 kvadratmetr olan məktəb binasının 31 kvadratmetr hissəsi - bir sinif otağı yanaraq, yararsız hala düşüb. Yanğın zamanı binada heç kəs olmadığından xəsarət alan da olmayıb. Yanğının ötən gündən odun sobasında qalan közün döşəməyə düşməsi nəticəsində baş verdiyi güman edilir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.