Salam mənim balalarım qarşıdan yeni il gəlir sizin yeni iliniz bərəkətli və uğurlu olsun. Mənim 95 yaşım var, bu məktubu nəvəmə yazdırmışam çünki ozüm bu əlifbanı bilmirəm. Deməyin savadsızam, savadım var, ancaq bu 95 illik ömrumdə bir neçə əlifba və dil öyrənmişəm. Birinci öyrəndiyim əski əlifba və ərəb dili olub, o vaxtlar hamı bu əlifbada yazırdı. Sonra indiki kimi bir əlifbada yazdılar, elə deyəsən ona da latin deyirdilər. Mən helə istəyirdim onu öyrənəm, bir də gördüm onu da dəyişdirdilər. Ondan sonrakını bir az gözlədim dedim bəlkə dəyişərlər. Burdan da vurdu müharibə başladı məni də apardılar. O əlifbanı və Rus dilini də orda öyrəndim. İndi sinnimin bu vaxdında bunu da öyrənərəm bir az gözləyirəm deyirəm birdən bunu da dəyişərlər bu qoca yaşımda zəhmətim hədər gedər. Hə balalarım keçək əsas məsələyə; keçən axşam bu nəvəm məni çağırdı və dedi ay baba Misir Mərdan danışır. Mən də gəlib oturdum. Nəvələrimə demişəm mənim indi xala-bacı verlişlərinə baxan vaxdım deyil, ancaq böy adamlar danışanda məni çağırasız. Bu vaxtı qulağa taxanımın bataryası da zəiflədi başladım çətin eşitməyə. Dedim görəsən əlifbadan danışacaq. Gördüm yox tez-tez deyir Azərbaycan dünyavidir. Soruşdum ay bala Azərbaycan niyə dünyayla vidalaşır, məgər ərmənilər hucuma keçiblər. Necə olur ki, axı mənim Mübariz nəvəm bir neçə ay bundan qabaq ərmənilərin burnunu ovub ardindan da Əhməd və Fərid balalarım onlara bir dərs verdilər ki, qorxusundan Sarkisyan hərbi paltar geyib ərmənilərə ruh verməy üçün yalançı hərbi monevirlərə başladılar güya onlar da döyüşəcəklər, biz də onlardan qorxacayıq. Nəvəm dedi yox baba o deyil onu demir, deyir dünyavidir yəni dünyadandır, hə balam düz deyir biz də dünyanın bir hissəsiyik. Bir qulaq verdim gördüm məktəbdən danışır geyimdən danışır. Dedim ay bala siz məktəbə geyimsiz gedirsiz, bu ANS-in işindən heç baş açmaq olmur, bəzən yarım geyinmiş adamları, bəzən də kişi paltarının yerinə qadin paltarı geyinənləri göstərir yəqin Misir Mərdan buna irad tutur. Nəvəm dedi yox ay baba onu da demir, axı ay bala bəs nə deyir? Məktəblərin geyimindən danışır. Dedim axı ay bala məktəblilər nə geyiniblər ki, bu gecə vxtı Misir Mərdanı televizora çıxmağa məcbur edib. Nəvəm mənə tam məsələnin nə yerdə olduğunu deyəndə ayaqlarım yerə yapışdı. Azərbaycan dünyavidir demək başqaymış. Bzim balalarımızı bunların soyundurmaq niyyəti varmış geyindirmək deyil. Mən təkcə bu « dünyavidir » sözün başa düşmədim. Əgər biz dünyaviyiksə bu dünyada yaşıyan 2 milyarda yaxın müsəlmanların, qadin və qızlarının geyimi olan baş örtüyü məgər dünyavi geyim deyil, axirətə qadınla kişinin geyimi az fərqlənir sadə bir ağ geyimdə gedirlər. Bir məsələ də məni maraqlandırdı nəvəm deyir indi kompüter və internet deyirlər belə burda yazırsan orda hamı oxuyur hə adına Saytdı-nədi deyirlər belə bir şeylər də var. Dedim ay bala sən bir o saytların birinə yaz birdəm bu verlişə bir əcnəbi zad baxar və bizim müsəlman olduğumuzu bilməz. Yaz ay bala ülü öndərimiz rəhmətlik Heydər Əlirıza oğlu Əliyev olub, adında, atasının adında və soyadında bütün gözəl adları özündə cəmləyib o dünyadan köcəndə müsəlman adət ənənələri ilə dəfn edildi, indi də qəbrini ziyarət edirik. O ki, qald Misir məllimə deyiləcək sözümə biz inanclı müsəlmanıq və hər bir müsəlman qadınının və qızının məxsusı geyimi var. Bu geymi müsəlmanların səmavi kitabı olan Quran Kərimdə Allah tərfində əmr edilib və peyğəmbərimiz Allahın əmrinə itaət edərək bu geyimə riayət etməyi buyurub. Heç kim elm, iman və təqvada islam peyğəmbərinə çata bilməz və Allahın qoyduğu qanunları dəyişə bilməz!!! Hörmlə: Mirsəlim baba Lerik Rayonu.