Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Əliəsğər Soltaniye Agentliyin Direktorlar Şurasında Amerika və bəzi Qərb ölkələrinin nüvə yanacağı bankının yaradılması ilə əlaqədar təkliflərinə cavab olaraq deyib: Bu təklif bütün üzv ölkələrlə razılaşdırılmadığı üçün texnologiyada inhisarçılıq və nüvə aparteidi hesab olunur. Eyni zamanda agentliyin nizamnaməsi və nüvə silahlarının yayılmaması sazişi ilə ziddiyyətdə olduğu üçün qəbul edilə bilməz.
Sözü gedən təklif İranda nüvə yanacağı sirkulyasiyası üçün lazım olan texnologiyada məhdudiyyət yaradır və nüvə yanacağına monopoliya bir sıra dövlətlərin əlində qalaraq onların iradəsini legitimləşdirir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır