3 noyabr 2010 - 20:30

İraqın şimalındakı Neynəva məntəqəsində baş vermiş terror aktında 10 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İraq polisinin yoxlama-buraxılış məntəqəsində içərisinə bomba qoyulmuş avtomobil partladılıb. Hadisə Neynəva vilayətinin mərkəzi Mosul şəhərində baş verib.

Digər məlumata görə, İraq qüvvələri Bağdadın qərbində Əbu Qurəyb məntəqəsində 4 silahlı şəxsi öldürüb, başqa 4 nəfər isə həbs olunub.

İraq qüvvələri həmçinin Səlahəddin vilayətinin Tikrit şəhərində 8 şübhəlini, Bağdadın Ər Rəşadiyyə məntəqəsində isə yaraqlı dəstə üzvlərini yaxalayıblar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır