29 noyabr 2010 - 20:30

Bakının mərkəzində dəhşətli intihar hadisəsi baş verib. Naməlum qadın özünü 16 mərtəbəli binadan ataraq intihar edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Hadisə dünən saat 15.00 radələrində, paytaxtın Süleyman Rüstəm küçəsi, 61 ünvanında, 42 saylı orta məktəbin qarşısında qeydə alınıb. Naməlum qadın özünü 16 mərtəbəli binadan ataraq intihar edib. Qadın hündürlükdən düşdüyündən onun meyiti iki yerə parçalanıb. Mərhumun şəxsiyyəti və özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Hazırda hadisə yerində Nəsimi Rayon Polis İdarəsinin və Rayon Prokurorluğunun əməkdaşları araşdırmaları davam etdirir.

Nəsimi Rayon Prokurorluğundan bildirilib ki, hadisə Q. Quliyev küçəsinin S. Rüstəm küçəsi ilə kəsişməsində yerləşən 20 mərtəbəli yaşayış binasında baş verib. Həmin binanın 19-cu mərtəbəsində yaşayan, 17 yaşlı Şəhla Hüseynova özünü yaşadığı evin eyvanından atıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Onun orta məktəb şagirdi olduğu bildirilir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır