Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Salyan şöbəsinin müdiri Elçin Hüseynovun verdiyi məlumata görə, Salyanda Kür daşqınları zamanı zədələnmiş tarixi Ağahüseyn cümə məscidi bərpa edilir.
Bərpa prosesində əsasən məscidin uçmuş kərpiclərindən də istifadə olunur. Artıq məscidin uçmuş divarı, sütunları və 15 tağı bərpa olunub. Çökəkdə yerləşən məscidi qrunt sularından qorumaq üçün ətrafda qapalı drenaj sistemi də qurulub.
Qeyd edək ki, 1865-ci ildə inşa olunan Ağahüseyn cümə məscidi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin qorunan abidələr reyestrinə daxil edilib. Bu da o deməkdir ki, Allah evi olan müsəlmanların ibadətgahı, xristian,yəhudi və bu kimi əcnəbi məsləklərin gəzinti mərkəzinə çevriləcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır