Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İqtisadi böhran avropanı bürüməkdə davam edir. İrlandiya sıravi vəntəndaşları aclıqla üzləşib. Onların sayı günü gündən artmaqdadır. Dublin şəhərində minlərlə irlandiyalı ölkə hökumətinin dövlət büdcəsinin xərclərinin azaldılması və vergilərin artırılması ilə bağlı tədbirlərinin etiraz olaraq mintinqə çıxıb.
«France Press» agentliyinin verdiyi məlumata görə, polis orqanlarının ilkin məlumatına əsasən, etiraz aksiyasında 50 min nəfər iştirak edib. Mitinq İrlandiya Həmkarlar İttifaqları Konqresi (The Irish Congress of Trade Unions) tərəfindən təşkil olunub.
Aksiya iştirakçılarının fikriniycə, büdcə xərclərinin azaldılması əsasən ölkədəki bankların xilas olunmasına yönəldilib, sıravi vətəndaşlara isə bu addım zərəri var.
Qeyd edək ki, İrlandiya hökuməti Avropa İttifaqı və BVF-dən 85 mlrd. avro həcmində kreditin alınması üçün yaxın 4 ildə büdcə kəsirini 15 mlrd. avro azaltmaq niyyətindədir. Buna isə dövlət xərclərinin ixtisarı və yeni vergilərin tətbiqi hesabına nail olunacağı gözlənilir. Bu addımlar nəticəsində minimal əmək haqqının azalacağı və dövlət sektorunda 25 min işçinin ixtisara düşəcəyi proqnozlaşdırılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır