Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən bildirilibki, noyabrın 19-da çayda kəskin çirklənmə müşahidə edilib.
Tapqaraqoyunlu kənd sakinləri tərəfindən onların yeganə su mənbəyi olan İnciçay çayında gündüz saat 14-15 radələrindən başlayaraq çay suyunun qatı köpüklə axdığı müşahidə olunub və bu barədə ETSN-in 13 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə (Goranboy, Naftalan, Samux, Daşkəsən, Göygöl) məlumat verilib.
Ekoloji vəziyyətin qiymətləndirilməsi üçün nazirliyin mütəxəssislərindən ibarət operativ qrup yaradılın və qrup tərəfindən qısa müddət ərzində həmin su obyektində birbaşa mobil cihazlar vasitəsilə ölçmə işləri görülüb. Götürülmüş su nümunələrində zərərli kimyəvi maddələr üzrə nazirliyin mərkəzi analitik laboratoriyasında analizlər aparılıb və nəticədə çay suyunun keyfiyyətinin ciddi dərəcədə pisləşməsi qeydə alınıb. Təhlillər göstərir ki, hidrokarbonatlı su qrupundan olan İnciçay çayının suyunda hidrogen göstəricisi kəskin enərək qələvi mühitdən turş mühitə keçmiş, suyun oksigen rejimi xeyli pozulub. Zərərli çirkləndiricilərdən olan səthi aktiv sintetik üzvi maddələrin (detergentlərin), azot birləşmələrinin, əsasən də ammonium və metal birləşmələrinin miqdarı normadan dəfələrlə çox olub.
Hazırda su nümunələri üzərində kimyəvi analiz və araşdırmalar davam etdirilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır