20 noyabr 2010 - 20:30

Medvedev: «Əvvəllər bir-birimizə deməyə qorxduğumuz hər şeyi Lissabonda dedik»

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Rusiya prezidenti Dmitri Medvedev Rusiya-NATO sammitində mövcud olmuş atmosferdən məmnun qalıb.

Rusiya dövlət başçısı bildirib: «Əvvəllər bir-birimizə demək istədiklərimiz, lakin deməyə qorxduqlarımız hər şeyi bu sammitdə dedik. Bu məndə optimist duyğular oyandırır. Eyni zamanda bu çox konstruktiv yanaşmadır».

 «Hamı hesab edir ki, buradakı atmosfer başqa cür, çox demokratik, açıq, ünsiyyətə məhdudiyyətsiz olub», deyə Medvedev əlavə edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır