Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Zina ittihamı ilə ölüm hökmünə məhkum olunmuş Səkinə Məhəmmədi Aştiani haqqında məhkəmə hökmünün yerinə yetirilib-yetirilməyəcəyi barədə sualı cavablandıran M. Əhmədinejad bildirib ki, onda olan məlumata əsasən ABŞ-da 53 qadına ölüm cəzası verilib, lakin heç kim bunu ədalətsiz saymayıb: “Orada verilən hökmün qanuni olduğu deyilir, İranda belə hökm çıxarılanda isə insan haqları pozulması kimi qələmə verilir. Həmin qüvvələr bəşəri məsələlərdən siyasi mənfəət güdür. Nə üçün orada edilən edamlarla bağlı heç kim səsini çıxarmır, İranda isə həyata keçirilməyən şey ətrafında səs küy qaldırılır?!”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır