14 noyabr 2010 - 20:30

Azərbaycanın ən uzun ömürlülərindən biri Ucar rayonunda yaşayır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: 1885-ci ildə Ucar rayonunun Xalac kəndində anadan olmuş Rüstəmova Xəccə Abbas qızının 1 övladı ,10 nəvəsi, 30 nəticəsi, 8 kötükcəsi var. 125 yaşlı Xəccə nənə ömrünün böyük bir hissəsini kolxozda manqa başçısı işlədiyini deyib. X. Rüstəmova uzun ömürlü olmasının səbəbini Allahın qisməti sayır. Onun ən böyük arzusu Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasını görməkdir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır