12 noyabr 2010 - 20:30

Avropa Birliyinin xarici siyasət şöbəsinin rəhbəri Ketrin Aşton İranın nüvə proqramı ətrafında danışıqların dekabrın 5-də keçirilməsinə dair təklifi qəbul edib, lakin müzakirələrin Türkiyədə aparılmasına razı olmayıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: xarici siyasət şöbəsindən bildirilir ki, Ketrin Aşton danışıqların tarixi ilə razı olub, lakin müzakirələrin İranın təkid etdiyi kimi Türkiyə deyil, Avstriya, ya İsveçrədə keçirilməsini istəyir. Aşton məsələ ətrafında Tehranla BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü + Almaniyanın adından müzakirə aparıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır