10 noyabr 2010 - 20:30

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, 31 mayda Qəzzaya yardım aparan beynəlxalq yardım gəmisinə İsrail əsgərlərinin basqın zamanı 9 türk vətəndaşının ölümünə səbəb olan hadisə ilə əlaqədar İsrailin üzr istəməsini və təzminat ödəməsi tələbini təkrarlayıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Türkiyə baş naziri Ərdoğan, Fransanın televiziya kanalı "France 24"-ə verdiyi müsahibədə, İsrail və Türkiyə arasındakı əlaqələrin düzəlməsiylə bağlı suala, "İsrail üzr istədikdən, təzminat ödədikdən sonra görüşməyə başlaya bilərik" deyə cavab verib.

İsrail-Türkiyə əlaqələrinin gərgin olmasının tək səbəbkarının İsrail olduğunu deyən baş nazir Ərdoğan, "Ehtiyacı olan insanlara kömək etməyə çalışan və bütün dünya tərəfindən yola salınan Türk bayraqlı bir gəmiyə, havadan və dənizdən edilən hücumlar necə unudula bilər?" deyə açıqlama verib.

Baş nazir Ərdoğan,"İsrail hücumu  beynəlxalq sularda təşkil etdiyini bildirir. Silah tapdılarmı? Xeyr. Elə isə belə bir davranış üçün heç bir luzum yox idi" deyib.

Baş nazir Ərdoğan, Brüsseldə təşkil edilən konfransda Türkiyənin AB-yə üzvlüyə ilə əlaqədar hesabatda, Türkiyə AB üzvü olmadıqca, AB-nin "qlobal bir qurum" olmayacağını söyləyib.

Ərdoğan, "Türkiyə AB-nin üzvü olduqdan sonra, AB ilə 1,5 milyard müsəlman arasında bir körpü olacaq. Avropa Birliyi belə bir fürsəti əldən verir. AB-yə daxil olmaqla yük olmaq istəmirik. Biz bəzi yüklərin qaldırılmasında AB-yə köməkçi olmaq istəyirik."

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır