5 noyabr 2010 - 20:30

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

Əhli Beyt -ABNA- xəbər agentliyi APA-nin verdiyi xəbərə əsasən: Hadisə cəbhənin qərb istiqamətində qeydə alınıb. Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Milli Ordunun əsgəri İşiyev Tural Murad oğlu ayağından güllə yarası alıb. Yaralı hospitala yerləşdirilib.

Azərbaycan Müdafiə Nazirliyindən baş vermiş hadisəyə münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, T. İşiyev Cəlilabad rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır