Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:Hadisə Azərbaycan Təhsil Nazirliyinin Qaradağ rayonu ərazisində yerləşən 274 saylı orta məktəbdə qeydə alınıb. Həmin məktəbin 9-cu sinif şagirdi, 15 yaşlı Firuzə Mustafayeva məktəbin 4-cü mərtəbəsindən özünü atıb. Məktəbli ərazidə olan digər şagirdlərin köməkliyi ilə təcilli xəstəxanaya aparılıb. Onun vəziyyəti ağır qiymətləndirilir. Məktəbli qızın bu addımı atmasının səbəbləri hələlik məlum deyil.
274 saylı orta məktəbdən şagirdin özünə qəsd etməsinin səbəbləri barədə heç bir açıqlama verilməyib.
Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır