Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 22-də saat 17.00-dan 17.05-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi, saat 11.20-dən 11.40-dək və 21.10-dan 21.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu və Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 14.10-dan 14.55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.45-dən 21.10-dək isə Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad vacibdir.