Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanın XİN-in mətbuat xidmətindən verilən məlumata görə, etimadnaməsinin surətini təqdim edən N. Əbdülkərim Əbdürrəhman Fələstinin Azərbaycanda ilk səfiri olmasından şərəf duyduğunu bildirib. Əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq, Fələstin-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını deyib.
Öz növbəsində nazir E. Məmmədyarov Azərbaycana səfir təyin olunması münasibətilə fələstinli diplomatı təbrik edərək işlərində müvəffəqiyyətlər arzulayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad vacibdir.