14 oktyabr 2010 - 20:30

NATO nümayəndələri bildiriblər ki, Əfqanıstanda baş verən ayrı-ayrı hücumlar nəticəsində koalisiyanın 5 əsgəri həlak olub.

Əhli Beyt -ABNA- xəbər agentliyi xəbər verir: Voanews.com saytına istinadən verilən xəbərə görə, yolkənarı bomba partlayışı nəticəsində bir insidentdə NATO-nun üç əsgəri, başqasında isə bir əsgəri həlak olub. Əfqanıstanın şərqində isə yaraqlıların hücumu nəticəsində bir NATO əsgəri öldürülüb. Çərşənbə günü isə 6 NATO əsgəri həlak olub. NATO komandirləri qiyamçılara qarşı hücum əməliyyatlarının intensivləşdiyi bir vaxtda koalisiya qüvvələrinin itkilərinin çoxaldığını bildirir. Təkcə bu ay 35 NATO əsgəri həyatını itirib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.