17 sentyabr 2010 - 19:30

Şeyx Allahşükür Paşazadə: “Yalnız bundan sonra məscidlə bağlı digər hüquqi məsələlər həllini tapacaq”

Əhl Beyt-ABNA-xəbər agentliyinə verilən xəbərə əsasən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri şeyxülislam Hacı Allahşükür Paşazadə Yeni Günəşlidəki “Fatimeyi-Zəhra” məscidinin gələcək taleyi ilə bağlı danışıb. “Turan” informasiya agentliyinin məlumatına görə, şeyx prezident İlham Əliyevin göstərişilə məscidin QMİ-nin sərəncamına verildiyini deyib, məscidin bütünlüklə idarənin tabeçiliyinə keçməsi üçün isə məhkəmə prosedurundan keçməsini vacib sayıb: “Bundan sonra məscidlə bağlı digər məsələlərin də həllini tapacaq”.

Bəzi məlumatlara görə, “Fatimeyi-Zəhra (s.ə.)” məscidi barədə əsassız məhkəmə qərarlarının Ali Məhkəmənin Plenumunda ləğv ediləcəyi barədə qərarın qə