Əhl beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Bəyaniyyə aşağıdakı mətindən ibarətdir :

Bismillahir Rəhmanir Rəhim

مِنَ المُؤمِنِينَ رِجَالٌ صَدَقُوا ما عَاهَدُوا اللَّهَ عَلَيهِ فَمِنهُم مَّن قَضَى نَحبَهُ وَمِنهُم مَّن يَنتَظِرُ وَمَا بَدَّلُوا تَبدِيلا

( Əhzab sürəsi ayə - 23 )

Əhl Beyt ( əleyhimus səlam ) məktəbinin Fəqihi “ Həzrəti Ayətullah Əllamə Seyyid Fəzlullah “ bir ömür müxtəlif sahələrdə o cümlədən elmi,mədəni,təbliğ.itimai,siyasi sahələrdə bərəkətli həyat sürərək nəhayət Livanda fani dünyadan əbədi dünyaya köç etdi.

Bu şəxsiyyətin həyat yaradıcılığı haqqında xeyli dəyərli mətləblər vatdır.Onların bəzisinə işarə edirik :

1-Onun elm və mədəniyyət sahəsində gördüyü işlər Livan xalqını eləcədə digər müsəlmanları ümumiyyətlə islama meyilli insanları İslam maarifinə hidayət edirdi.Əllamə Fəzlullahın təfsir bəhsləri , böyük İslami mərkəzin təşkil verməsi , digər elmi sahələrdə mütəlif kitab və məqalələrin yazması , elmi və ictimai dəyirmi massasının keçirməsi , Cümə namazlarında atəşin çıxışları və dini mədrəsələrdə  Əhl Beyt ( əleyhimus səlam ) məktəbinin Fiqh və müxtəlif elmlərini tədris etməsi bu alimin Livan xalqı üçn qoyduğu qiymətli əsərlərdir ki , illərlə onun faydasından bəhrə aparacaqlar .

2 . – Əllamə Fəzlullahın İctimai fəaliyyətləri məzlum Livan xalqının həqiqi sığınacağı və bu ölkənin zəif təbəqəsinin düşməndən aldığı zərbələrin ağrısını azaldardı .

3 . – Mərhum Əllamənin ən mühüm fəaliyyətlərindən biri də ki , onu beynəlxalq aləmdə məşhurlaşdırdı ,  onun bütün elmi , mədəni , ictimai və sair fəaliyyətlərinin hammısının Həzrəti Peyğənbərin ( səlləllahu əleyhi və alihi və səlləm ) və İmamların ( əleyhimus səlam ) üslubu ilə uyğun olan bütün səmavi dinlər və məzhəblər arasında sülh və əmin əmanlığın qoruması idi . Məhz bu xüsusiyyət digər dini təbliğatçılar üçün ən gözəl örnək ola bilər.

4 . – Əllamə Fəzlullah İmam Xomeyni həzrətlərinin azadlıq hərəkatı müddətində ondan himayət etmiş və İran İslam İngilabının qələbəsindən sonra isə ohəzrətdən tam sürətdə itaət edərək Zülmə , Hegamonçuluğa və İmprialisimə qarşı çıxaraq daim azadlıq sevər İran xalqında himayət edir və bu yolda düşmən tənələrini canına alırdı .

5 . – Bu alimin Allah yolunda çalışqanlığı , ata təkin Livanın İslamçı təşkilatlarına ələl xusus Hizbullah təşkilatına yol göstərmələri Sehyonistlərin livanda zəlilçəsinə məğlubiyyətlərə düçar olmasına səbəb olmuşdur . Xususi ilədə Livan şiələrinin Sehyonistlər qarşısında 33 – günlük müqavimətləri Seyyid Fəzlullahın unudulmaz fəzilətlərindən biridir .

6 . – Livan muqavimət təşkilatının əsas rüknü sayılan Əllamə Fəzlullahın müqavimət dairəsi Livan çərçivəsində məhdudlaşmayaraq məzlum Fələstin xalqını əhatə edərək daim dünya səviyyəsində imprializim qurmaq sövdasında olan qüvvələrə qarşı xususi ilədə Amerika və İsrail rejiminə qarşı fəal idi . O bu yolda ömrünün son anınacan sabit qaldı .

7 . – Əllamənin digər parlaq işlərindən biridə onun “ Həzrəti Ayətullah Xamneyinin “ İslam ümmətinin rəhbəri seçilən gündən bəri dəfələrlə müxtəlif zamanlartda bəyaniyələr , dəyirmi masalar və sair elmi cələsələrlə daim Rəhbərdən himayət etmiş onun elmi və siyasi şəxsiyyətini daim hörmətlə yad etmişdir . O daim ” Vilayəti Fəqih “ məqamına işarə edərək onun qorunmasının əhəmiyyətini vurğulayaraq Həzrəti Ayətullah Xamneyinin düşmənlər qarşısında ələl xusus Amerikanın fitnələrinin önündə göstərdiyi şücaət və idarəçiliyi mədh edirdi .

8 . – Əllamə Fəzlullah sair Şiə alimləri ilə birgə ilk gündən “ Əhl Beyt ( əleyhimus səlam ) Dünya Assambleyasının “ təşkil olunmasında çoxlu zəhməti olaraq bu təşkilatın Ali Şura üzüvlərindən biri seçilərək dünya səthində Əhl Beyt ( əleyhimus səlam ) şiələrinin hüquqlarında müdafiə edərək . İslam dinin ,Əhl Beyt ( əleyhimus səlam )  məzhəbinin dünya səthində yayılmasından ötrü və bütün İslam ümmətinin düşmənlərlə mübarizədə vəhdətə çatmasından ötrü çalışmışdır.

İndi də Əhl Beyt ( əleyhimus səlam )  Dünya Assambleyası Livan eləcə də dünya Şiələrinin bu qəminə qoşularaq bu böyük itkini özünə ağır sayır .

Əhl Beyt ( əleyhimus səlam )  Dünya Assambleyası bu itkini Həzrəti İmam Zaman ağaya ( əccələllahu fərəcəhuş şərif ) , Ayətullah Xamneyi və sair Mərcəi Təqlid Həzrətlərinə , dini hövzələrə , Hizbullah təşkilatının sədri Həzrəti Höccətul İslam vəl Müslimin Seyyid Həsən Nəsrullaha , Livan xalqına , onun müqəllidlərinə , ev sahiblərinə xususən övladlarına təsliyyət ərz edir və mərhum üçün  ali məqam , qalanları üçün isə gözəl səbr etməyi arzu edir .

Ruhu şad .

Əhl Beyt ( əleyhimus səlam )  Dünya Assambleyası .

21 – i Rəcəbül Mürəccəb 1431 – hicri qəməri .

2010 – 07 – 04 .