Əhl Beyt-ABNA-xəbər agentliyi faktxəbərə istinadən İsrailin Türkiyədən Qəzzaya yola düşən və göyərtəsində onlarla Avropa ölkələrinin könüllüləri olan gəmilərə hərbi hücumu, 9 türk vətəndaşının qətlə yetirilməsi doğrudan da faciə idi. Dünya ictimaiyyəti, xüsusən də müsəlman xalqlar hələ də qanlı hadisənin şokunu yaşayırlar. Buna baxmayaraq, yəhudi dövləti törətdiyi əməllərə görə heç bir məsuliyyətə cəlb olunmadı, beynəlxalq təşkilatların sanksiyaları ilə üzləşmədi. Bunun səbəbləri, Türkiyə-İsrail münasibətlərinin gərginləşdiyi fonunda Azərbaycanın yeri və digər məsələlər barədə söhbətimizi Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovla davam etdiririk.
- Mövsüm bəy, Aralıq dənizində baş verən insident İsrailin terrorçu dövlət olduğunu bir daha təsdiqlədi. Və sionistlərin maskasını yırtdı. Rəsmi Təl-Əvivin beynəlxalq tribunal qarşısında dayanmasına mane olan nədir?
- Bildiyiniz kimi, son ay ərzində biz növbəti dəfə Qəzza ilə bağlı hadisə ilə üzləşdik. Yəni mühasirədə saxlanılan məzlum Qəzza xalqına köməklik göstərmək üçün yola düşən humanitar yüklü gəmi karvanı beynəlxalq sularda İsrail hərbçiləri tərəfindən təcavüzə məruz qaldı. Nəticədə 9 türk vətəndaşı şəhid oldu, onlarla insan yaralandı, digərləri isə əsir alındı.
Əlbəttə, bir çox ölkələri təmsil edən və müxtəlif dinlərə mənsub olan insanların blokadada saxlanılan Qə