Əhl BeYt-ABNA-xəbər agentliyinə verilən xəbərə əsasən İranın Mazandaran əyalətinin mərkəzi şəhəri olan Sari yaxınlığındakı Eavel kəndində 50 bəhai ailəsinin evləri dağıdılıb. məlumata görə, hökumətin yerli tərəfdarları və İran İnqilab Keşikçiləri Korpusunun (Sepah”) nəzdində fəaliyyət göstərən “Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) qüvvələri evləri buldozerlə uçuraraq sakinləri didərgin salıblar.
Məlumatda bildirilir ki, sakinlər evlərinin qanunsuz sökülməsinə etiraz olaraq dəfələrlə ostandarlığa müraciət etsələr də, onların şikayətinə baxan olmayıb. Onlara deyiblər ki, başqa yolunuz yoxdur, müsəlman olmalısınız.
Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, hazırda İran İslam Respuplikasında 300 min bəhai yaşasa da, bəhai dini İran Konstitusiyasında rəsmi bir din kimi tanınmır.Bununda səbəbi bəhailiyin rus çarı tərəfindən təqribən 200-il öncə iranda yaradılmasıdır,elə bu səbəbdəndə bəhailik yabançı casus sektası olaraq Xristian,Yəhudilik və Zərdüştlük kimi səmavi dinlərdən sayılmır.