Əhl Beyt-ABNA-xəbər agentliyinin xəbərinə əsasən Az’rbaycan ordusunda növbəti dəhşətli qətliam baş verib. Əldə edilən məlumata görə Füzuli rayonunda yerləşən «N» saylı hərbi hissədə hərbiçilər arasında atışma baş verib. Nəticədə 7 hərbiçi dünyasını dəyişib, bir neçəsi yaralanıb. Hadisə gündüz saatlarında kazarma rejmində baş verib. Həlak olanlar arasında zabitlər də var. Mənbə bildirib ki, qətliama səbəb zabit heyəti ilə əsgərlər arasında yarnmış konflikt olub. Əsgərlərdən biri növbədən qayıtdıqdan sonra kazarmaya daxil olaraq əvvəlcə zabitlərə, sonra isə əsgərlərə atəş açıb. Atəş səslərinə gələn digər kazarmada olan hərbiçilər onu zərərsizləşdiriblər. Ölən əsgərlərin 4-nün Quba rayonundan hərbi xidmətə çağırıldığı bildirilir.