" Allahın adı ilə. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevi salamlayıram. Siz və sizin dövlət üçün Allah-Təaladan müvəffəqiyyət diləyirəm. Bizə daxil olan məlumata görə, siz Peyğəmbər(s) və onun Əhli-Beytinə(ə), xüsusən Peyğəmbərin hörmətli qızı xanım Fatimeyi-Zəhraya hörmət və ehtiramınızı göstərmisiniz. Odur ki, sizin verdiyiniz qərar, bizləri çox sevindirib. Sökülməyə namizəd məscidin qalmasına verdiyiniz qərar, mübarək bir addımdır. Ümüd edirik ki, bu yaxşılıqların davamı olaraq dünya və axirət üçün faydalı olan bu işə qatılaraq məscidin bərpa olunmasına yaxından iştirak edəcəksiniz. Ümumilikdə bu məsələ təkcə azərbaycanlıları deyil, bütün Əhli-Beyt(ə) ardıcıllarını sevindirmişdir".