Bəzi İsrail qəzetlərinin Qəzzaya yardım daşıyan Türkiyə gəmisinin İsrail tərəfindən vurulmasına reaksiyaları dünyanı heyrətə gətirib. Onlar öz ölkələrinin hərbi cinayətini ört-basdır etmək xətti götürərək, vurulan gəmidəki şəxslərin israilli hərbçilərə silah çəkdiklərini iddia ediblər.

“Yediot Ahronot” qəzeti yazıb ki, gəmidə olan sərnişinlərin atışmadan çəkinmək barədə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, İsrail əsgərləri onlara atəş açıblar. “Yerusalem Post” isə atışma zamanı 2 İsrail desantının yaralanıb.

Yardım gəmilərinə dırmaşan İsrail əsgərləri ilə gəmi sərnişinləri arasında baş verən əlbəyaxa dava-dalaş zamanı 10 adamın öldüyünü, 60-a qədər insanın yaralandığını yazan “Haarets” qəzeti iddia edib ki, sərnişinlər əsgərlərin silahını əllərindən almağa cəhd göstərib.