7 noyabr 2026 - 14:26
Bir qrup Hicablı şagirdlərin valideynləri A.R. İnsan Hüquqları üzrə Müvəkkili-Ombudsman Səbinə Əliyevaya Müraciət Etdi

Hörmətli Səbinə xanım, artıq üç həftədən çoxdur ki, övladım və mənim kimi bir çox valideynlərin hicablı övladları məktəblərə buraxılmır, təhsil hüququndan məhrum edilir və açıq-aşkar diskriminasiyaya məruz qalırlar. Biz valideynlər olaraq dərin sarsıntı keçirir, böyük haqsızlıqla üz-üzə qalmışıq.

Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Azərbaycana qanunsuz yollarla hakim kəsilmiş sülalə rejiminin tətbiq etdiyi anti-İslam və İslamafob siyasətlərinin fonunda ölkənin təhsil müəssisələrində Hicablı müəllimələrin karyerasına son qoyuldu və Hicablı şagirdlərin təhsil alması qadağan edildi. İlk öncə bu qanunsuz qadağa dövlətin nəznindəki orta məktəblərdə tətbiq edilsə də amma qadağadan bir ay sonra bu cinayət artıq özəl məktəblərdə və lisseylərdə də tətbiq olunmağa başladı. Bunun ardınca valideynlər hər gün övladlarını məktəbə təhsil almaq üçün aparsalar da lakin, dövlət məmurları buna heç bir müsbət reaksiya verməyərək, valideynləri günahkar çıxartmaqda və əks təqdirdə onlara qarşı cinayət işinin açılacağı ilə təhdid etməkdə davam edir.

Bunun ardınca bir qrup Hicablı şagirdlərin valideynləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili -Ombudsman Səbinə xanım Əliyevaya Müraciət ediblər.

Müraciətin mətnin diqqətinizə çatdırırıq:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili -Ombudsman Səbinə xanım Əliyevaya ​Müraciət

​Hörmətli Səbinə xanım, artıq üç həftədən çoxdur ki, övladım və mənim kimi bir çox valideynlərin hicablı övladları məktəblərə buraxılmır, təhsil hüququndan məhrum edilir və açıq-aşkar diskriminasiyaya məruz qalırlar. Biz valideynlər olaraq dərin sarsıntı keçirir, böyük haqsızlıqla üz-üzə qalmışıq.

​Vəziyyət o həddə çatıb ki, övladlarımızı nəinki dövlət məktəbləri, hətta özəl liseylər belə hicablı olduğuna görə qəbul etmir.

Təhsil Nazirliyinin 146 nömrəli qaynar xətti ilə əlaqə saxlasaq da, bizə konkret bir cavab verilmir, heç bir alternativ təklif olunmur.

Çıxış yolu olaraq Türkiyə və Kanada kimi xarici ölkələrin onlayn təhsil sistemlərinə üz tutur, alternativlər axtarırıq.

Ən azından övladlarımızın evdə distant təhsil alması üçün şərait yaradılması tələbimiz cavabsız qalır.

​Bunun əvəzində isə biz valideynlərə qarşı təzyiqlər artmaqdadır. Övladlarımızı guya bizim təhsildən yayındırdığımız iddia olunur.

Lakin hər kəs şahiddir ki, biz övladlarımızın təhsildən yayındırılmasını deyil, tam əksinə, oxumasını istəyirik.

​Müraciət etdiyimiz dövlət qurumlarında övladlarımız haqqında tez-tez onların əxlaqına, tərbiyəsinə, elmli və savadlı olmalarına işarə edilərək "sanki bu uşaqlar elmdə, tərbiyədə seçilmişdir" fikri səsləndirilir. Doğrudan da, bu uşaqlar gələcəkdə gözəl müəllim, peşəkar həkim ola biləcək, ölkəmizə, xalqımıza böyük töhfələr verə biləcək gənclərdir.

Xüsusilə 11-ci sinifdə oxuyan, ilinə cəmi dörd ay qalan, illərdir repetitor yanında hazırlaşaraq imtahana gedən şagirdlərin çəkdiyi əziyyətlər tamamilə nəzərə alınmır. Bu münasibət bizə və övladlarımıza qarşı həddindən artıq qəddarlıqdır.

​Bir ana və bir valideyn olaraq Sizdən — İnsan Hüquqları üzrə Müvəkkildən xahiş edirəm ki, bu haqsızlığa müdaxilə edəsiniz, qanuni hüquqlarımızı qoruyasınız və hicabına görə təhsildən kənarda qalan övladlarımız və valideynlər üçün dəstək olasınız.

​Hörmətlə, Valideynlər

Gülmirə Aslanova

Abbasova Aygün

Abbasova Leyla

Həsənova Şəhanə

Qasımova Ziba

Ağayeva Aybəniz.

Fərmanlı Sevinc

03.11.2026.

Sizin rəyiniz

You are replying to: .
captcha