Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: İsrailin “Maariv” qəzeti siyasi şərhçisi Ben Kaspitin müəllifi olduğu məqalədə Netanyahu və Trampın seçkilərdə məğlubiyyətindən sonra işğal altındakı Fələstində və ABŞ-də yaranmış siyasi vəziyyəti təhlil edib.
Kaspit yazıb: “2025-ci ilin aprel ayı idi. Həmin vaxt Netanyahunun İsrailin ABŞ ilə münasibətlərinin tənzimlənməsində əsas fiqurlarından biri olan Ron Dermer müharibə ilə bağlı açıqlamasında bildirmişdi ki, daha 12 ay ərzində oktyabrın 7-də başlayan müharibə başa çatacaq və bundan sonra sülhə dair daha çox razılaşma əldə olunacaq. O, hətta iddia etmişdi ki, müharibə başa çatdıqdan sonra daha çox ölkə İsraillə münasibətləri normallaşdırmaq istəyəcək. O, təkəbbürlü tərzdə bildirmişdi: “Yaxın Şərqdə qalib gəldiyiniz zaman bu qələbənin öz təsiri olur”.
Kaspit daha sonra yazıb: “Bəs indi Dermer haradadır? O, yəqin ki, qazandığı qələbələrlə birlikdə Mayamiyə qaçıb. Müharibə isə hələ də başa çatmayıb”.
Siyasi şərhçi fikirlərini davam etdirərək yazıb: Müharibə bütün cəbhələrdə davam edir. Yalnız bir missiya yerinə yetirilib. Bu da İranla müharibə və rejim dəyişikliyi missiyası çərçivəsində baş verib; lakin Tehranda deyil, Vaşinqtonda.
ABŞ prezidenti Donald Tramp “axsaq ördəyə” çevrilib. Tramp üçün bu vəziyyət təhlükəlidir. O, hazırda məyusluq mərhələsindədir.
Sizin rəyiniz