Turan informasiya agentlyinin verdiyi məlumata görə bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə və DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri Hacı İlqar İbrahimoğlu arasında görüş keçirilmişdir.

İki saat müddətində keçən görüşdə tərəflər ölkədə dini etiqad sahəsində mövcud vəziyyəti müzakirə etmişlər. Görüşün təfərrüatları barədə məlumat verilmir. Qeyd edək ki, DEVAMM ölkədə dini etiqad azadlıqlarının müdafiəsində aktiv fəaliyyəti ilə tanınır.(TURAN)