Goranboy rayonundan hərbi qulluğa çağırılmış və Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edən Vüqar Qalib oğlu Pənahir martın 26-da şəhid olub. Goranboy Rayon Prokurorluğundan lent.az-a verilən məlumata görə, 19 yaşlı Vüqar hərbi qulluqda olduğu Füzuli rayonunda ermənilər tərəfindən gecə saatlarında vurulub.

 

Şəhidin qohumları isə Goranboy rayonunda yolu kəsiblər. Vüqar Pənahirin valideynləri onun 4 ay əvvəl yaralandığını və laqeydlik nəticəsində öldüyünü deyirlər. Qohumları əsgərin meyitini yol ortasına qoyaraq etiraz bildiriblər. Bu barədə lent.az-a Goranboy rayonu Dəlməmmədli kənd sakinləri məlumat verib

Füzuli Rayon Hərbi Prokurorluğundan isə lent.az-a bildirilib ki, Vüqar Pənahirin ölüm səbəbləri araşdırılır və yalnız araşdırma bitdikdən sonra onun ölümünə səbəb olan yaralanmanın nə vaxt baş verdiyi müəyyənləşdiriləcək.

 

Xəbər xidməti