5 may Yunanıstan paytaxtında qanlı qarşıdurmalarla yadda qaldı. MIGnews xəbər verir ki, Afinanın on minlərlə sakini küçələrə axışaraq AB və BVF-nun kredit yardımlarına əvəz olaraq dövlət xərclərinin azaldılması proqramına etiraz ediblər.
Dövlət polis qüvvələri vasitəsilə nümayişləri yatırmağa çalışıb. Yunanıstan həmkarlar ittifaqı tərəfindən keçirilən namyişlər təhlükəli həddə çatıb. Namyişçilər Afinanın mərkəzində banklara od vurub. Ən azı üç nəfərin həlak olduğu bildirilir. Yanan binalarda qalmış insanları xilas etmək üçün yanğınsöndürənlər köməyə gəlib. Parlament binası ətrafında nümayişçilər polisi daşa basıb. Şəhərdə vəziyyət gərgin olaraq qalır. Almaniya və Fransanın Yunanıstanı böhrandan qurtarmaq cəhdləri heç bir nətuicə vernmədi.