HaqqYolu – İİR-də ordu komandanlığını dini rəhbər Ayətullah Xamenei təyin edir. İslam İnqilabının Böyük Rəhbəri və İranın silahlı qüvvələrinin baş komandanı bu dəfə admiral Əli Fədəvini İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinə komandan təyin edib. Ayətullah Xamenei bu fərmanda general Əli Fədəvinin dəyərli təcrübələri və xidmətlərinə istinad edərək vurğulayıb: “Bu korpusun dindar və üstün işçilərindən bəhrələnmək və münasib təchizatlar əldə etməklə İslam İnqilabının Keşikçiləri Korpusunun dəniz qüvvələrinə tapşırılmış məsuliyyət dəqiq və surətlə yerinə yetirilməli və fəaliyyətlər daha iti tempə malik olmalıdır.”
17 iyul 2010 - 19:30
Xəbər kodu: 186744
İİR-də ordu komandanlığını dini rəhbər Ayətullah Xamenei təyin edir.