17 iyul 2010 - 19:30

Ali Məhkəmənin "Fatimeyi Zəhra" məscidinin sökülməsi qərarı ilə razılaşmayan Lənkəran ruhaniləri polis tərəfindən saxlanılıblar

Dünən polis tərəfindən saxlanılmış Lənkəran dindarlarının hamısı azadlığa buraxılıb. Bu haqda Deyerler.org-a Lənkərandakı mənbələrdən məlumat daxil olmuşdur.Lənkəran inanc əhlinin Ali Məhkəmənin "Fatiməyi-Zəhra (s.ə.)" məscidinin sökülməsi ilə bağlı verdiyi qərara etiraz etmələri haqqında xəbər vermişdik. Daha sonra isə İslam-Azeri internet qəzeti yerli qaynaqlara əsasən bu qərara etiraz edənlərin Lənkəran polisi tərəfindən həbs olunmasını xəbər vermişdir.Qeyd edək ki, məsələ ilə bağlı QMİ sədrinin ölkə prezidentinə məktubla müraciət edəcəyi də bildirilib.Xatırladaq ki, bu ilin aprel ayının 30-da Ali Məhkəmə "Fatiməyi-Zəhra (s.ə.)" məscidinin sökülməsi ilə bağlı qərar vermişdir. Həm paytaxtda, həm də bölgələrdə bu qərara etirazlar davam edir. /Deyerler.org/ Ali Məhkəmənin "Fatimeyi Zəhra" məscidinin sökülməsi qərarı ilə razılaşmayan Lənkəran ruhaniləri polis tərəfindən saxlanılıblar2010-05-03 21:19Bir az əvvəl İslam-Azeri.az internet qəzetinə Lənkərandan verilən məlumata görə, Ali Məhkəmənin "Fatimeyi Zəhra" məscidinin sökülməsi qərarı ilə razılaşmayan Lənkəran ruhaniləri polis tərəfindən saxlanılıblar.7 nəfər ruhani Lənkəran hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış, bir müddət sonra isə onlardan bəziləri azad edilib.Ruhanilərdən başqa Lənkəranın sadə möminləri də idarəyə aparılıblar.Qeyd edək kİ, ölkə ərazisində Ali Məhkəmənin "Fatimeyi Zəhra" məscidinin sökülməsi qərarı bir mənalı şəkildə pislənir.Bəzi rayonlarda, o cümlədən Lənəkranda dindarlar bu qərara etiraz olaraq aksiya da keçirmişlər.İslam-Azeri.az